RU

Politico: “Aİ Vaşinqtonla sövdələşməyə gedə bilər”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin məlumatına görə, Aİ ölkələri qəti şəkildə Qrenlandiyanın ayrılmasına qarşıdır. Bununla belə, Donald Tramp administrasiyası ilə sərt qarşıdurmadan qaçmaq üçün Avropa rəsmiləri kompromis variantları araşdırmağa başlayıblar.

Bu kontekstdə, ABŞ-nin ada üzərində nəzarəti bərqərar etməsi üçün ehtimal olunan ssenarilər də diqqətə çatdırılır.

Təsir kampaniyası. Birləşmiş Ştatlar referenduma nail olmaq məqsədi ilə Qrenlandiyanın Danimarkadan müstəqillik hərəkatını fəal şəkildə dəstəkləyir. Sorğuların nəricələrinə əsasən,qrenlandiyalıların 56%-i müstəqilliyi dəstəkləyir, lakin 85%-i ABŞ-yə birləşməyə qarşıdır.

Avropa Qrenlandiyanı Trampdan qorumağa hazırlaşır
Əlverişli sövdələşmə.Vaşinqton Qrenlandiyaya Mikroneziya ilə bağlanmış müqaviləyə bənzər “Azad Assosiasiyalar Sazişi” (COFA) təklif edə bilər. ABŞ əraziyə məhdudiyyətsiz hərbi giriş müqabilində müdafiə və maliyyəni öz üzərinə götürəcək.

Avropanın razılığı (Ukrayna ilə bağlı mübadilə).Avropalı diplomatlar“təhlükəsizlik paketi” ssenarisini müzakirə edirlər: Aİ ABŞ-nin Qrenlandiyadakı ekspansiyasına göz yumur və bunun müqabilində Tramp Kiyevə möhkəm təhlükəsizlik zəmanətləri verir. Nəşrin mənbələri bu variantı“xoşagəlməz”, lakin Ağ Evlə açıq konfliktdən daha az riskli hesab edir. Belə ki, Vaşinqtonla qarşıdurma Ukraynaya dəstəyin dayandırılmasına səbəb ola bilər.

Hərbi müdaxilə.Diplomatik səylər nəticə verməyəcəyi halda, ekspertlər gücün tətbiq olunacağını istisna etmirlər. Mənbələr adanın hərbi müdaxilə yolu ilə ələ keçirilməsinin texniki cəhətdən mümkün olduğu barədə xəbərdarlıq edirlər.

“Beş helikopter kifayət edərdi. ABŞ-yə çoxlu əsgər lazım olmayacaq. Qrenlandiyalılar heç nə edə bilməyəcəklər”,- adının çəkilməsini istəməyən danimarkalı siyasətçi nəşrə deyib.

Ekspert Lin Mortensqaardın iddiasına görə, ABŞ Qrenlandiyanın paytaxtı Nuuk şəhəri üzərində nəzarəti“yarım saat və ya daha az müddətdə”qura bilər, çünki Danimarkanın faktiki olaraq regionda müdafiə qüvvələri yoxdur.

Qeyd edək ki,Venesuela hadisələrindən sonraAİ və NATO-nun Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına münasibətini dəyişib. Amerika liderinin iddiaları əvvəllər ritorika və ya ekssentriklik kimi qiymətləndirilirdisə, indi bu, Avropa təhlükəsizliyinə real təhlükə kimi qəbul olunur.

Sahil İsgəndərov
AzVision.az
Избранный
16
2
azvision.az

3Источники