RU

“525-ci qəzet”in 30 dekabr sayında nələr var? - ANONS

- Prezidentə yazırlar - “Uzaqgörən siyasətinizin Azərbaycanı daim parlaq qələbələrə doğru aparacağına inanırıq”;

- “Fransanın qisasçı qərarı” - Paris səhvlərindən dərs çıxarmaq niyyətində deyil;

- Rəşad Məcid status-esselərin növbəti hissəsini təqdim edir - “Qələmsiz yazılanlar”;

- “Keçmişimə baxanda həm qürur duyuram, həm də heyrətlənirəm” - Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV rəhbəri, professor Aygün Əttarın Şəhla Aslanla söhbəti;

- Aytac Sahəd “Fatma xalanın “Lambada”sı”ndan yazır;

- “Gələn il nə gözlənilir?” - Xaqani Cəfərlinin siyasi şərhi;

- Sevda Sultanovanın “Baku TV”də yayımlanan, Kamran Ağabalayevin aparıcısı olduğu “Qapqara” proqramı barədə qeydləri - “Diskussiya, yoxsa söhbət?”;

- “SSRİ-də Yeni il açıqcaları ilə tanınan rəssam - Zarubin” - Şahanə Müşfiq tarixin səhifələrini vərəqləyir;

- Məryəm Əlizadənin araşdırması - “Teatr prosesinin qolları: Azərbaycan aşıq sənətində teatr düşüncəsinin poetika ünsürləri”;

- “Atalar sözünə bənzəyən” - Rafael Hüseynov Əbülqasım Hüseynzadəni yad edir;

- Pərvinin yazısı - “VOLİE BENE” - Yaxşı istəmək...”;

- “Necə edək ki, Yeni ilimiz maraqlı olsun?” - İlkin Özdən esse;

- Ramilə Qurbanlının suallarını Sənubər İsgəndərli cavablandırır - “İşıq ucu görəndə ümid artır - indi o vəziyyətdəyəm”;

- “Qarabağ - həsrətdən zəfərə” - Aygün Bağırlının fikrincə, bu kitabda dünənin yurd nisgili də, bugünün qələbə sevinci və qayıdış təntənəsi də öz əksini tapıb;

- Telman Orucovun silsiləsinin növbəti hissəsi - “Antoni ilə Kleopatranın gur mәһәbbәtinin faciәli sonluğu”;

- “Pirotexniki vasitələrlə necə davranmalı?” - Havar Şəfiyeva ekspertlərlə söhbətində bu suala cavab tapmağa çalışır;

- Rəvan Cavidin köşə yazısı - “Günəşli günlərin şaxtababaları”;

- ən maraqlı mədəniyyət, siyasət, təhsil və iqtisadiyyat xəbərləri;

- və s.

QƏZETİMİZİ KÖŞKLƏRDƏN, POÇT ŞÖBƏLƏRİNDƏN, ELƏCƏ DƏ ABUNƏ VASİTƏSİLƏ ƏLDƏ EDƏ BİLƏRSİNİZ!






















Bizi İnstagramda izləyin

Избранный
323
525.az

1Источники