Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Media subyektlərinin əldə etdiyi reklam və dövlət dəstəyi gəlirlərinin vergidən azad edilməsi bu qurumlarda çalışan jurnalistlərin və digər əməkdaşların əməkhaqqına tətbiq olunan gəlir vergisinə şamil edilmir. Yəni nəzərdə tutulan güzəşt birbaşa media subyektinin özünə aiddir və əsasən onun xalis mənfəətinin artmasına xidmət edir".Bunu Demokrat.az-a açıqlamasında vergi eksperti Vəli Əliyev deyib. O, bildirib ki, buna baxmayaraq, jurnalistlərin əməkhaqqından gəlir vergisi tutulması davam edəcək:"2026-cı ildən etibarən aylıq əməkhaqqı 200–2500 manat aralığında olan şəxslərdən 3 faiz, 2500–8000 manat aralığında olan əməkhaqqından isə 10 faiz gəlir vergisi tutulacaq. Qeyd olunan vergi dərəcələri aylıq əməkhaqqına tətbiq ediləcək və bu baxımdan media sahəsində çalışanların vergi öhdəliklərində dəyişiklik nəzərdə tutulmur".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.