Bakı. Trend:
Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası “Beynəlxalq Sülhvə Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizilayihəsinin həyata keçirilməsi üçün zəruridir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri NikolPaşinyan brifinq zamanı bildirib.
“Hazırda müəyyən iş prosesləri gedir və münasib məqam yaranankimi demarkasiya prosesi davam etdiriləcək. … Əlbəttə, bütün bunlaryerində də baş verəcək, çünki kommunikasiyaların və TRIPPlayihəsinin işə salınması üçün ən azı sərhədin bu hissələridemarkasiya olunmalıdır”, – deyə Paşinyan sərhədlərindelimitasiyası və demarkasiyası prosesinin hansı mərhələdə olduğubarədə suala cavab verərkən bildirib.
O qeyd edib ki, hazırda ərazidə aktiv işlər aparılır və xəbərlərortaya çıxan kimi bu barədə məlumat veriləcək.
“Bunlar incə yanaşma tələb edən işlərdir. Hazırda buincəliklərin nəzərə alınması üçün sənədlərin hazırlanmasıistiqamətində iş aparılır”, – deyə baş nazir vurğulayıb.