RU

Vay Venesuela, vay! Maduronun 113 ton qızılı bu ölkəyə daşınıb

Venesuelada iqtisadi böhranın dərinləşdiyi illərlə bağlı diqqətçəkən fakt üzə çıxıb. Rəsmi məlumatlara əsasən, Nikolas Maduronun hakimiyyətinin ilk dövründə Venesuela Mərkəzi Bankına məxsus 113 ton qızıl 2013–2016-cı illər arasında İsveçrəyə daşınıb.

“Reuters” agentliyinin əldə etdiyi gömrük məlumatları və İsveçrənin SRF yayım qurumunun araşdırmasına görə, sözügedən qızıl tədarüklərinin ümumi dəyəri 4,14 milyard İsveçrə frankı, yəni təxminən 5,2 milyard ABŞ dolları təşkil edib.

QIZILLAR NAĞD VƏSAİTƏ ÇEVRİLMƏK ÜÇÜN GÖNDƏRİLİB

Mütəxəssislərin fikrincə, Venesuela Mərkəzi Bankı xüsusilə ABŞ sanksiyaları və neft gəlirlərinin kəskin azalması fonunda ciddi valyuta çatışmazlığı ilə üzləşib. Bu səbəbdən qızıl ehtiyatları İsveçrədəki emal zavodlarına göndərilərək emal olunub, sertifikatlaşdırılıb və satış üçün daha əlverişli vəziyyətə gətirilib.

İSVEÇRƏ VENEZUELA QIZILININ ƏSAS MARŞRUTU OLUB

Dünyanın ən iri qızıl emalı mərkəzlərindən biri olan İsveçrə həmin dövrdə Venesuela qızılının əsas istiqamətinə çevrilib. Lakin 2017-ci ildə Avropa İttifaqının sanksiyaları qüvvəyə mindikdən sonra bu kanal tamamilə bağlanıb. Gömrük qeydlərinə görə, 2017–2025-ci illər arasında İsveçrəyə heç bir qızıl tədarükü qeydə alınmayıb.

MADURO VƏ YAXINLARININ ƏMLAKLARI DONDURULUB

Избранный
40
aznews.az

1Источники