Ajans.az xəbər verir ki,bu barədə şəhər polisi rəsmi Facebook səhifəsində məlumat yayıb. Polisin açıqlamasına görə, yaralılardan üç nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin hələlik müəyyən edilmədiyini bildirib. Açıqlamada qeyd olunur ki, istintaq çərçivəsində mühüm məlumatlar əldə edilib və şübhəlilərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. ABC News telekanalının məlumatına görə, atışma dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.