RU

Trabzonspor nigeriyalı futbolçu ilə anlaşdı

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Trabzonspor" nigeriyalı futbolçu ilə anlaşdı

Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan "Trabzonspor" klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.

QOL.az xəbər verir ki, klub Avstriyanın "Volfsberq" klubundan Çibuyke Qodfrey Nvayvunu transfer edib.

Məlumata görə, 22 yaşlı nigeriyalı müdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb. "Trabzonspor" bu keçid üçün qarşı tərəfə ümumilikdə 5.5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, futbolçu cari mövsümdə "Volfsberq"in heyətində 16 matça çıxıb və 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
86
3
qol.az

5Источники