Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə dövlət idarəçiliyində məmur məsuliyyəti, etimad anlayışı və yol verilən pozuntularla bağlı qırmızı xətləri bir daha xatırladıb. Ölkə başçısı vurğulayıb ki, struktur dəyişikliklərindən daha vacib olan məsələ vəzifəyə təyin edilən şəxslərin saf, məsuliyyətli və vicdanla çalışmasıdır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin daha çevik və operativ olduğunu bildirən prezident vurğulayıb ki, istənilən idarəetmə modelinin uğuru ilk növbədə kadrlardan asılıdır.
Xezerxeber.az-ın xəbərinə görə, prezidentin bu fikirlərini şərh edən millət vəkili Ceyhun Məmmədov qeyd edir ki, ölkə başçısının çıxışında dövlət məmurlarının məsuliyyəti və onlara göstərilən etimad məsələsi xüsusi yer tutur.
Millət vəkilinin sözlərinə görə, Prezidentin çıxışında bir daha aydın şəkildə göstərilib ki, söhbət məmurun yaşından deyil, ona göstərilən etimadın doğruldulmasından gedir. Deputat bildirir ki, bu mesajlar dövlət qulluğunda çalışan hər kəs üçün xəbərdarlıq xarakteri daşıyır.
Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bu mesajlar dövlət idarəçiliyində məsuliyyətin artırılması və ictimai nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.