Qışda müntəzəm gəzintiyə çıxan insanlar 30-50 faiz daha az xəstələnirlər.
İnterpress.az xəbər verir ki, həkimlər qış aylarında təmiz havada olmağın faydalarından danışıblar.
Mütəxəssislərin fikrincə, qışda müntəzəm gəzən insanlar digərlərinə nisbətən 30-50 faiz daha az xəstələnirlər.
Terapevtlər əmindirlər ki, təmiz havada gəzinti immuniteti xeyli möhkəmləndirir və sirkad ritmləri (bioloji saatı) sinxronlaşdırır.
Bildirilir ki, bunun üçün gündə cəmi 30-60 dəqiqə təmiz havada olmaq kifayətdir.
Burada əsas məqam temperatur balansını qorumaqdır: yəni nə həddindən artıq qızınmaq, nə də həddindən artıq soyuqlamaq olar.
Xuraman Etibarlı
İnterpress.az