RU

İlham Əliyevin müsahibəsindən çıxan nəticələr-Azərbaycanın gələcək yol xəritəsi...

Yanvarın 5-də Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibə regionda və ölkə daxilində baş verən proseslərin fonunda diqqət mərkəzindədir.

Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan regional proseslərin passiv izləyicisi deyil, aktiv formalaşdırıcısıdır. Dövlət başçısının səsləndirdiyi fikirlər sülh gündəmi, təhlükəsizlik və milli maraqlar kontekstində mühüm siyasi mesajlar daşıdı. Cənab Prezident cəmiyyət üçün aktual olan bir sıra suallara cavab verərək, Azərbaycanın gələcək yol xəritəsini və regional reallıqlara baxışını ortaya qoydu.

Cənab

Ekologiya.az-ın xəbərin görə, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a bildirib ki, Dövlət başçımız İlham Əliyevin yerli mediaya verdiyi müsahibələr sadəcə informativ xarakter daşımır, eyni zamanda Azərbaycanın daxili və xarici siyasətinin ideoloji çərçivəsini, institusional məntiqini və strateji yönünü açıq şəkildə ortaya qoyan konseptual sənəd funksiyası yerinə yetirir:

“Bu müsahibələrdə səsləndirilən fikirlər uzunmüddətli dövlət strategiyasının, milli maraqlara əsaslanan praqmatik və suveren siyasət modelinin ifadəsidir. Möhtərəm Cənab Prezidentin hər ilin yekunları ərəfəsində yerli mediaya sistemli şəkildə müsahibə verməsi siyasi kommunikasiya baxımından təsadüfi addım deyil. Bu, Prezident–xalq münasibətlərində institusional şəffaflığın təmin olunması, ictimai hesabatlılıq mexanizminin işlək vəziyyətdə saxlanılması və siyasi legitimliyin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətli addımdır. Dövlət başçısı birbaşa ictimaiyyətə müraciət etməklə gələcək mərhələlər üzrə prioritetləri açıq şəkildə bəyan edir. Bu yanaşma rasional və məsuliyyətli idarəetmə fəlsəfəsinin bariz nümunəsidir. Müsahibədə qlobal və regional geosiyasi proseslərin təhlili xüsusi diqqət çəkir. Möhtərəm Cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində baş verən transformasiyaları real güc balansları, maraqların toqquşması və yeni təhlükəsizlik arxitekturasının formalaşması kontekstində qiymətləndirir. Qlobal miqyasda çoxqütblü dünyanın formalaşması, beynəlxalq hüququn selektiv tətbiqi, regional münaqişələrin dərinləşməsi və enerji-geosiyasət əlaqələrinin güclənməsi kimi fundamental proseslər Cənab Prezidentin təhlilində ardıcıl və məntiqli şəkildə izah olunur. Təcrübə göstərir ki, Cənab Prezidentin vaxtilə səsləndirdiyi mövqelər sonradan beynəlxalq proseslərin real inkişafı fonunda öz təsdiqini tapır ki, bu da onun strateji öncəgörmə qabiliyyətinin göstəricisidir”.

Deputatın sözlərinə görə, müsahibənin mühüm cəhətlərindən biri də səsləndirilən fikirlərin əvvəlki çıxışlar, proqram xarakterli bəyanatlar və strateji sənədlərlə tam uyğunluq təşkil etməsidir: “İqtibasların, faktların və arqumentlərin ardıcıllığı dövlət siyasətində konseptual davamlılığın və institusional yaddaşın mövcudluğunu nümayiş etdirir. Bu isə Azərbaycanın siyasi kursunun sistemli analizə və milli maraqlara söykəndiyini bir daha sübut edir.

Bu gün Azərbaycan həm daxili sabitlik, həm də xarici siyasətdə balanslaşdırılmış və müstəqil kurs baxımından uğurla irəliləyir. Dövlət suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə qorunması, regional və qlobal miqyasda etibarlı tərəfdaş imicinin formalaşdırılması bu siyasətin əsas nəticələridir. Bu uğurların mərkəzində  Möhtərəm Cənab Prezident İlham Əliyevin siyasi iradəsi, prinsipial mövqeyi və strateji liderliyi dayanır. Azərbaycan xalqı dünən olduğu kimi bu gün də dövlət başçısının ətrafında sıx birləşir və ölkəmizin qarşıdakı mərhələdə daha böyük nailiyyətlərə imza atacağına əminliklə inanır”.

Избранный
36
ekologiya.az

1Источники