RU

“Avropa İttifaqı Rodrigezin legitimliyini tanımır”

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Avropa İttifaqı (Aİ) Nikolas Maduronun legitimliyini tanımadığı kimi, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin də legitimliyini tanımır”.

525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.

“Delsi Rodrigez Venesuela prezidentinin səlahiyyətlərini icra etmək üçün and içib, lakin hazırkı Venesuela hakimiyyəti öz mandatını demokratik dəyişikliklər arzularına cavab verməyən seçkilər əsasında əldə edib. Avropa Komissiyası sədrinin vurğuladığı kimi, Aİ nə Nikolas Maduronu, nə də Delsi Rodrigezi qanuni prezident hesab edir”, - o söyləyib.

Əlavə edib ki, xanım Rodrigez və Venesuela hakimiyyəti ilə məhdud əlaqə saxlanılacaq.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
525.az

1Источники