Ajans.az xəbər verir ki, paylaşımında bildirib ki, həmin şəxsin məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək olub: “Hay küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək idi. Onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, 10-a yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xüsusi qurğular gətirildi. Cinayətkar həbs olundu və əminəm ki, onu uzunmüddətli həbs gözləyir. Amma ilk olaraq AZAL-ın bələdçisi cinayətkarın qarşısına çıxdı, onu təyyarəyə girməyə qoymadı”.