RU

Prezident İlham Əliyev: Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi

Bakı. Trend:

Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmişkəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidinşəhid olduğu yer mənim üçün torpaq idi. Hər gün itkilərlə bağlıməlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkündeyil.

Trend xəbər verir ki, bufikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerliteleviziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bir neçə dəfəəməliyyatın istiqamətinin dəyişdirilməsinin, müharibənin noyabrın10-da dayandırılmasının mümkün itkilərin qarşısının alınması iləbağlı olduğunu qeyd edərək bildirib: “Hər dəfə bayrağımız birkəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaqidi”.

Doğma torpaqlarımızın qorunması üçün daim hazır olmağınvacibliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Hər anöz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıqvə əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimintapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var,xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

Избранный
76
27
az.trend.az

9Источники