RU

Eldar Əzizov rəisi işdən çıxardı KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb.

KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.

Digər əmrlə, adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb.

Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib. Noyabr ayında isə onun yerinə Zahid Məmmədov təyin olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
102
21
konkret.az

10Источники