“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından qəbul edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, razılaşma “Azexport” portalının rəhbəri Ayxan Qədəşov ilə Kaliforniyada fəaliyyət göstərən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində əldə olunub.
Sifarişlərə əsasən Azərbaycanda istehsal olunan emal edilmiş məhsullar, şirniyyat və qənnadı məmulatları, milli kulinariya məhsulları daxildir. Hazırda məhsullar üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurları həyata keçirilir.
Məqsəd Azərbaycan məhsullarının Kaliforniya bazarına davamlı və sistemli çıxışını gücləndirməkdir.