ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Liberal dünya nizamı bərbad vəziyyətdədir”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatını şərh edərkən deyib.
“Qarşıda daha dəyişkən, gözlənilməz və təhlükəli illər var. Macarıstan xalqı bu aprel ayında öz yolunu seçməli olacaq”.
Onun sözlərinə görə, yollardan biri Brüsseldə çıxılmaz vəziyyətə gətirib çıxarır:
“Lakin Macarıstan hakimiyyəti sülh və təhlükəsizlik yolu ilə getmək istəyir. Bizim qarşıdan gələn tarixi dövrdə ölkəmizi qalib etmək üçün bir planımız və niyyətimiz var. Hər şeydən əvvəl, müharibədən uzaq durmalıyıq. Macar xalqından 2026-cı ildə bunu etməsini xahiş edirik”.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.