RU

İnternetdə gördü, sınamaq üçün birini aldı: Nəticəyə özü də inanmır

Türkiyədə internetdə gördüyü və heyran olduğu meyvələri evinin bağçasında tək fidanla yetişdirməyə başlayan bərbər indi 210 kvadratmetrlik istixanasında kütləvi istehsala başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kaktus ailəsinə aid olan və "pitaya" kimi tanınan "əjdaha" meyvəsi istehsal edən Mehmet Kılıç bu işə bir tinglə hobbi olaraq başladığını bildirib

Cənubi Amerika bölgələrinin tropik meyvəsini öz həyətində yetişdirməyi bacaran Mehmet Kılıç mətbuata maraqlı açıqlama verib:

"Mənim peşəm bərbərlikdir. Bu meyvəni internetdə gördüm. 4-5 il əvvəl "bu iqlimdə bu meyvə yetişərmi" deyə düşünürdüm. Böyüyəcəyini bilmədiyim üçün kiçik ölçülü tinglər alıb sınadım. Evin bağçasında kiçik bir istixana tikdim.

Bir neçə il sonra tinglər meyvə verməyə başladı və bu meyvəni bələdiyyə sədrinin yanına apardım. Başçı da meyvənin burada yetişdiyini görüb çox sevindi, bizə hər sahədə dəstək olacağını söylədi. Açığı, maraqlandığım üçün dərhal qəbul etdim.

Избранный
376
2
publika.az

3Источники