226-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur.
Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.
Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq.
Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib.
Belə ki, 2, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.
Ramazan bayramının 2 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 3 mart tarixləri də qeyri-iş günü sayılacaq.
28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.
Nəticədə 25, 26, 27 və 3 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, 2 martdan 3 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.
Ümumilikdə isə 226-cı ilin martında 13 qeyri-iş günü qeydə alınacaq.

Məsəslə ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, siqaretlərin qiymətinin 3–4 qəpik bahalaşması inflyasiyaya təsir göstərsə də, bu təsir ümumi qiymət səviyyəsində kəskin dəyişiklik yaratmaq gücündə deyil: “Tütün məmulatları istehlak səbətinə daxildir və buna görə də onların bahalaşması rəsmi inflyasiya göstəricilərini müəyyən qədər yüksəldə bilər. Ancaq siqaretlərin istehlak səbətindəki payı məhdud olduğundan, bu artım ümumi inflyasiyanı daha çox psixoloji və simvolik səviyyədə təsir edir, ciddi sıçrayış yaratmır”.
Nəsirli qeyd edib ki, bazarda isə belə qiymət artımları “zəncirvari bahalaşma gözləntisi” formalaşdıra bilər: “Yəni istehlakçılar və satıcılar qiymətlərin ümumi şəkildə artacağını düşündükdə, digər məhsullar üzrə də bahalaşma ehtimalları daha tez gündəmə gəlir. Bu isə real inflyasiyadan çox, inflyasiya gözləntilərinin artması deməkdir. Çörək, ət və digər əsas ərzaq məhsullarının bahalaşması siqaret qiymətlərindən birbaşa asılı deyil. Bu məhsulların qiymətinə əsasən un və taxılın dünya bazar qiymətləri, idxal xərcləri, logistika, enerji qiymətləri, subsidiya siyasəti və daxili istehsal imkanları təsir göstərir. Əgər bu sahələrdə əlavə təzyiqlər yaranarsa, ərzaq qiymətlərində artım mümkündür. Lakin belə artım baş verərsə, onun səbəbi siqaretlərin bahalaşması yox, ümumi iqtisadi və bazar amilləri olacaq”.
Akif Nəsirli qeyd edib ki, siqaret qiymətlərinin artımı inflyasiyanı bir qədər yüksəldə bilər, amma təkbaşına nə ümumi qiymət artımını sürətləndirir, nə də çörək və ət kimi əsas ərzaqların kəskin bahalaşmasını qaçılmaz edir: “Əsas risk faktorları hələ də qlobal bazarlar, idxal asılılığı və daxili istehsal xərcləri olaraq qalır”.