Dövlət başçılarının əksəriyyəti sağlam həyat tərzinə üstünlük verirlər. Ciddi nəzarətdə saxlanılan qida rasionundan əlavə siyasi liderlərin xoşladığı yeməklər də var. Sağlamolun.az prezidentlərin ən sevdiyi yeməkləri təqdim edir:Belarus prezidenti Aleksandr Lukaşenko: O da milli mətbəxlərinə üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur. Lukaşenkonun bununla bağlı tez-tez işlətdiyi ifadə də var: “Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”. Uruqvay prezidenti Xose Muxikanın: Dəbdəbəli iqamətgahı, bahalı avtomobili olmasa da 1 hektat şəxsi torpaq sahəsi var. Prezident bu torpağı özü əkib-becərir. Xose Muxika öz yetişdiryi məhsullarla qidalanmağa üstünlük verir.
Saglamolun.Az