RU

Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviyanın keçmiş Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı məktubu ünvanlayıblar.

Məktubda Vike-Freyberqanın həyat yoldaşı İmants Freyberqsin vəfatı xəbərinin onları “dərin kədər hissi ilə” üzdüyü qeyd edilib. Freyberqsin uzun illər ərzində Vike-Freyberqanı dəstəkləyən “sadiq həyat yoldaşı” olduğu vurğulanıb.

Prezident və Birinci vitse-prezident Vike-Freyberqaya və ailə üzvlərinə başsağlığı verərək səbir arzulayıblar.

Избранный
22
1
anews.az

2Источники