RU

Bakıda güclü külək ağaclara ziyan vurub – 9 ağac sınıb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumatına görə, son iki gündür paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar qurumun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bildirilib ki, yanvarın 2-dən 3-nə keçən gecə güclü külək nəticəsində şəhər ərazisində 9 ağac sınıb, 6 ağacın isə budaqları qırılıb.
Qeyd olunur ki, sınan ağaclar və qırılan budaqlar Birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə ərazilərdən götürülüb, müvafiq təmizlik işləri aparılıb. Hazırda yaşıllıq sahələrində nəzarət tədbirləri davam etdirilir.

image-img-20260102-wa0018 image-img-20260102-wa0017 image-img-20260102-wa0016 image-img-20260102-wa0015 image-img-20260102-wa0014 image-img-20260102-wa0013 image-img-20260102-wa0012 image-img-20260102-wa0011 image-img-20260102-wa0010 image-img-20260102-wa0009

Избранный
70
23
veteninfo.az

10Источники