RU

Naxçıvann bütün rayonlarında qar yağır

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində qar yağır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə bölgənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayəb.

Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.

Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir.

Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb.

Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir.


Telegram kanalımız
Избранный
145
33
yenisabah.az

10Источники