"Sabah"la icarə müddəti başa çatan Umarali Raxmanov yenidən "Rubin"in düşərgəsinə qayıtsa da, Kazan klubunda qalacağı inandırıcı deyil.
Rekord.az-a daxil olan məlumata görə, komandanın baş məşqçisi Rəşid Rəhimov özbəkistanlı futbolçunun xidmətində maraqlı deyil.
Türkmənistanlı məşqçi yeni mövsümlə bağlı qurduğu planda Umaralini görmür. Bütün bunlar futbolçunun "Sabah"da qalmaq şansın artırır.