RU

"Çelsi"də Entso Mareska dövrü başa çatdı - RƏSMİ

"Çelsi" futbol klubu baş məşqçi Entso Mareska ilə əməkdaşlığa son qoyulduğunu rəsmi şəkildə elan edib.

Fanat.Az klubun mətbuat xidmətiniə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmaq qərarına gəliblər.

İspaniyalı mütəxəssis London təmsilçisinin sükanı arxasında ümumilikdə 92 qarşılaşmaya çıxıb. Bu oyunlarda komanda 55 qələbə qazanıb, 16 heç-heçə edib və 21 məğlubiyyətlə üzləşib.

Mareskanın rəhbərliyi dövründə "zadəganlar" Avropa Konfrans Liqasının və Klublararası Dünya Kubokunun qalibi olmağı bacarıblar. Klub rəhbərliyi göstərdiyi xidmətlərə və qazanılan uğurlara görə məşqçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Yeni baş məşqçinin təyinatı ilə bağlı məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Kamil Xudiyev

 

Избранный
3
fanat.az

1Источники