RU

“Liverpul” doğma meydanda xal itirdi

2025/2026 mövsümünün İngiltərə Premyer Liqasının 19-cu tur matçı çərçivəsində “Liverpul” öz meydanında “Lids Yunayted”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, oyun “Enfild” stadionunda baş tutub.

Görüş 0:0 hesabı ilə yekunlaşıb – komandalar oyunda qol vurmağa müvəffəq olmayıb.

Hazırda “Liverpul” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 19 matçda 33 xalı olan komanda lider “Arsenal”dan” 12 xal geri qalır. “Lids” isə 21 xalla 16-cı sıradadır.

Növbəti turda “Liverpul” 4 yanvarda “Fulhem”lə qarşılaşacaq, eyni gündə “Lids” isə “Mançester Yunayted”in qonağı olacaq.

Избранный
66
90deqiqe.az

1Источники