Bəzi rayonlarda yollar dumanlı olacaq, buz bağlayacaq
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 2-də küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.