RU

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində bayram tədbiri keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 1 və 2 saylı uşaq evlərində, eləcə də 1 saylı körpələr evində yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub.

IDEA-nın məlumatına görə, tədbir çərçivəsində könüllülər uşaqlara hədiyyələr təqdim edib, onlarla əyləncəli oyunlar və interaktiv fəaliyyətlər keçirilib.

Qeyd olunub ki, Leyla Əliyevanın təşəbbüsü ilə ölkə daxilində və xaricdə humanitar, sosial, təhsil və ekoloji layihələr, xüsusilə bayram günlərində uşaq evləri və qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlər mütəmadi həyata keçirilir.

Избранный
34
41
anews.az

10Источники