RU

Makron məşhur aktrisanın dəfninə dəvət olunmadı

Bricit Bardonun ailəsi mərhum aktrisa üçün rəsmi tədbirdən imtina edib və Fransa Prezidenti Emmanuel Makronu dəfn mərasiminə dəvət etməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "La Depeche" nəşri məlumat yayıb.

Məlumata görə, Yelisey Sarayı Bardonun qohumları ilə əlaqə saxlayaraq fransalı aktrisa üçün rəsmi vida mərasimi təşkil etməyi təklif edib. Ailə bu tələbi cavabsız qoyub.

Qeyd edək ki, Bardonun dəfn mərasimi yanvarın 7-də dənizkənarı Sen-Trope şəhərindəki kilsədə keçiriləcək.

Milli.Az

Избранный
28
3
milli.az

10Источники