RU

Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında yarımadanın bəzi yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Избранный
67
49
day.az

10Источники