RU

Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - Bu gündən...

Naxçıvan Muxtar Respublikasının rezidentləri bu gündən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilib.

Far.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" haqqında qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı bu gündən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı bu gündən etibarən 10 il müddətinə ƏDV-dən azad olunub.

Dəyişikliyə əsasən, bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azad edilib.

Избранный
78
5
far.az

10Источники