RU

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Bakı. Trend:

Bu gündən "Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuşqeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıqismində özləri çıxış edəcəklər.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

"Məşğulluq haqqında" Qanuna əsasən, Əmək Məcəlləsinə uyğunolaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğunolaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətinyerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıqfəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlıtorpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcədə "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna uyğun olaraq yerliözünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndlitəsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsiqeyri-formal məşğulluq hesab edilir.

Qanuna əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşənşəxslər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbisığorta haqqı tutulacaq.

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərtərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, buQanunun yuxarıda müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmindəəlavə sığorta haqqı ödəyəcəklər.

Qeyri-formal məşğulluğun təsir dairəsinə şəxslər tərəfindənsığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda,həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyininyarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayınavurulmaqla hesablanacaq.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Избранный
26
46
az.trend.az

10Источники