RU

Güzəşt dövrü SONA ÇATDI – Hibrid və elektrikli avtomobillərdən ƏDV TUTULUR

Bu gündən etibarən hibrid və elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.

Paralel.az xəbər verir ki , hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatıb.

Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 1 il müddətinə ƏDV-dən azad ediləcək.

Xatırladaq ki, 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad olunub. Daha sonra 2022-ci ildə hibrid avtomobillərin idxalı və satışı, həmçinin elektromobillərin satış və idxalına da güzəşt tətbiq edilib 

Qeyd edək ki, ƏDV dövlətin mal və xidmətlərin üzərinə əlavə etdiyi 18 faizlik dolayı vergidir.

Избранный
53
2
paralel.az

10Источники