Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hər kəsə sağlam və faydalı qida məhsullarından istifadə olunmasını tövsiyə edir. İnsan sağlamlığı üçün vacib hesab olunan əsas 7 qida isə aşağıdakılardan ibarətdir: Balıq: Balıq məhsulları Omeqa-3 yağ turşuları, eləcə də bir çox mineral və vitaminlərlə zəngindir. Bu məhsullar diqqət pozğunluğu, bağırsaq və digər xəstəliklərin yaranma riskini azaldır. Həmçinin beynin funksiyalarını yaxşılaşdırır, ürəyin sağlam olmasına kömək göstərir və sümüklər üçün faydalıdır. Balığın tərkibindəki zülal digər zülallara nisbətən tez həzm edilir.Saglamolun.Az