RU

“Şelkunçik” baleti Opera və Balet Teatrının səhnəsində

Bakı, 31 dekabr, AZƏRTAC

Dekabrın 30-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Pyotr Çaykovskinin “Şelkunçik” baletinin tamaşası oynanılıb.

Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.

Bildirilib ki, bu tamaşanın Yeni il ərəfəsində nümayişi teatrda bir ənənə şəklini alıb. Heç təsadüfi deyil ki, balet hər dəfə geniş tamaşaçı auditoriyası toplayır.

Ölməz bəstəkarın son dərəcə gözəl musiqisi, rəngarəng və zəngin dekorasiya, gözəl, eyni zamanda əlvan səhnə kostyumları tamaşanı daha da baxımlı edir.

Tamaşada əsas rolları Əməkdar artist Nigar İbrahimova, aktyorlar Aleksandr Suldin, Ağamir Mirzəyev və başqaları ifa ediblər.

Избранный
105
4
azertag.az

10Источники