RU

Rasim Musabəyov: "Prezidentin əsgəriyəm"

Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra şəxslər “Şərəf” ordeni ilə təltif edilib. Təltif olunanlar arasında Milli Məclisin deputatı Rasim Musabəyov da var.

Qeyd edək ki, Rasim Musabəyovun yanvarın 1-də 75 yaşı olacaq.

Modern.az parlament üzvünün təəssüratlarını öyrənib.

Saytımıza açıqlamasında o bildirib ki, həmişə Prezidentin əsgəri olacaq:

“Cənab Prezidentə böyük təşəkkürümü bildirmək istərdim. Mənim xidmətimi çox yüksək qiymətləndirdi. Mən demək olar ki, 55 ildir ictimai həyatda mövcudam. Bunun böyük hissəsini ya dövlət işində, ya da mənim müəllim kimi dərs deyib, tələbə yetişdirmişəm. Daim mediada xarici işlərlərlə bağlı çıxış etmişəm, vaxtilə Prezident Administrasiyasında çalışanda da bu istiqamtdə fəaliyyət göstərmişəm, indi də siyasətşünas fikirlərimi bildirirəm. Düşünürəm ki, ümumi qələbəmizdə, torpaqlarımızın qaytarılmasında da az-çox töhfəm var. Biz əlimizdən gələni edirdik ki, Azərbaycanın irəliləyişləri, qələbəsi olsun. Nə qədər mənim gücüm var, cənab Prezidentin əsgəriyəm. Vətənimizə, millətimizə gücüm çatarsa, xidmətimi davam etdirəcəm”.  

Deputat Prezidentə minnətdarlığını bildirib:

“Ayın 1-də 75 yaşım tamam olur. Cənab Prezident ötən dövrdəki xidmətlərimi çox yüksək qiymətləndirdi. Çox sağ olsun. Belə bir ordeni Həmrəylik günü ərəfəsində və Yeni il qabağı almaq ikiqat oşdur. Təbriklər alıram. Bir daha cənab Prezidentə minnətdarlığımı bildirirəm”.

Избранный
31
1
modern.az

10Источники