Sabah, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq təşkil olunacaq.Metbuat.az-ın məlumatına görə, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Atəşfəşanlıq Dənizkənarı Parkda Yeni ilin ilk dəqiqələrində baş tutacaq.