“Saxta ehtiyat hissələri avtomobilin aqreqatlarının və özünün sıradan çıxmasına səbəb olur. Belə detallar avtomobilin təhlükəsizlik risklərini yüksəldir, davamlılıq xərclərini artırmış olur. Nəticə etibarilə, avtomobilin performansı aşağı düşür. Aid etmə ehtimalımız onların qablaşdırılmasından asılıdır. Orijinallığı müəyyənləşdirmək üçün ilk növbədə qutunun üzərindəki holoqrama diqqət etməliyik. Bununla yanaşı ehtiyat hissələrinin üzərində məhsul kodları da var. Eləcə də detalların qiymətinin ucuzluğu da alıcıda şübhə yaratmalıdır. Ehtiyat hissələrinin materialının keyfoyyətinə də diqqət etməklə onların orijinal və ya qeyri-orijinal olduğunu bilmək mümkündür. Sürücülərdə sual yaranır ki, biz bütün bunları yoxlayarkən hardan dəqiqləşdirə bilərik? Bunun üçün avtomobilin rəsmi satış mərkəzinə və nümayəndəsinə müraciət etmək lazımdır. Bu halda orijinal ehtiyat hissəsini əldə etmək mümkündür”. Nihat Pirəliyev onu da qeyd edib ki, ehtiyat hissələrindən hansısa birinin qeyri-orijinal olması onun dolayı yolla digər detallara da zərər vurmasına gətirib-çıxarır. Saxta ehtiyat hissələri sürücünü sadəcə maddi tərəfdən yox, həm də sağlamlıq cəhətdən də ziyana uğrada bilir. Buna görə də ehtiyat hissəsi alarkən onun orijinallığına əmin olmaq sürücülər üçün ən sağlam və doğru seçimdir.