RU

Bu qurum şəhid ailələri və əlillər üçün 5,7 milyon manat ayırdı

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Şirvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq.

Bu barədə Modern.az Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.

Belə ki, Agentlik bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə müqavilə bağlayıb.

Məlumata əsasən, Şirvan şəhərində 18 ədəd ikiotaqlı, 66 ədəd üçotaqlı olmaqla, ümumilikdə 84 mənzilin satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri 5 milyon 688 min 790 manat olaraq müəyyən olunub.(Mənbə: iqtisadiyyat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
6
modern.az

10Источники