Millət vəkili, politoloq Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rasim Nəsrəddin oğlu Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Yanvarın 1-i R.Musabəyovun 75 yaşı tamam olacaq.