“Real”ın baş məşqçisi Xabi Alonso heyətin qış fasiləsində gücləndirilməsini istəyib.
Msport.az xəbər verir ki, klub rəhbərliyi isə qış transferlərini təxirə salmaq qərarına gəlib.
İspaniyalı mütəxəssis yanvarda bir neçə futbolçunun heyətə cəlb olunmasını tələb edib. O, yarımmüdafiə xəttində rəqabətin daha da artırılmasının tərəfdarıdır. Lakin rəhbərlik yalnız zərurət yarandığı halda bu addımı atmağı planlaşdırır. Çünki “Real” yayda transferlərə 167,5 milyon avro xərcləyib.
Qeyd edək ki, Madrid təmsilçisi hazırda 18 turdan sonra La Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 4 xal geri qalır.