RU

Reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan və aksizdən azad edilmə müddəti uzadılıb

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilmə müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi qərarında əksini tapıb.

TC-1 markalı yanacağın 5 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31 dekabr 2025-ci ildə başa çatırdı. Bu müddət 31 dekabr 2026-cı ilədək uzadılıb.

Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün güzəştli aksiz dərəcəsinin müddəti də eyni müddət üçün uzadılıb. Başqa sözlə 1 ton üçün 80 manat deyil, 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Избранный
180
50
apa.az

10Источники