RU

Yaddaşı bərpa edən təbii molekuluaşkar ediblər

Aging Cell jurnalında dərc olunan araşdırmaya görə, alfa-ketoglutarat kalsium (CaAKG) təbii və təhlükəsiz bir metabolit Alzheimer xəstəliyi zamanı yaddaşın əsas mexanizmlərini bərpa edə bilir.

Redaktor.az xəbər verir ki, bu nəticəyə Sinqapurdakı Milli Universitetin Yong Lu Lin Tibb Məktəbinin alimləri gəlib.

Tədqiqatın məqsədi CaAKG-nin sinaptik plastisiyanı yəni neyronların siqnalları effektiv ötürmə qabiliyyətini yaxşılaşdırıb-yaxşılaşdıra bilməyəcəyini öyrənmək olub. Bu qabiliyyət öyrənmə və yaddaşın əsasını təşkil edir.

Alimlərin eksperimental modellərində CaAKG neyronlar arasındakı zəif siqnal ötürməsini bərpa edib və Alzheimer xəstəliyində ilk zədələnən kognitiv funksiyalardan biri olan assosiativ yaddaşı geri qaytarıb. Molekul uzunmüddətli potensiasiyanı — neyronlar arasındakı əlaqələrin güclənməsini — bərpa edib və autofağiyanı aktivləşdirərək zədələnmiş zülalların neyronlardan təmizlənməsini təmin edib.

Əlavə analiz göstərib ki, CaAKG L-tipli kalsium kanalları və kalsium-permeabel AMPA-reseptorları vasitəsilə neyronların çevikliyini artırır, NMDA-reseptorlarını isə təsirləndirmir. Molekul sinaptik markalanma və tutma mexanizmini də bərpa edərək assosiativ yaddaşın formalaşmasını təmin edir.

Alimlər bildirirlər ki, AKG səviyyəsi yaşla təbii olaraq azalır və onun bərpası beyin yaşlanma proseslərini yavaşlatmaq üçün perspektivli bir strategiya ola bilər.

Nuriyyə NATİQQIZI

Избранный
45
1
redaktor.az

2Источники