"Neftçi"nin qarşıdakı qış toplanışındakı mümkün rəqiblərindən biri bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Belə ki, "ağ-qaralar" BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək hazırlıq prosesi çərçivəsində Qazaxıstandan "Kayrat" ilə yoxlama matçına çıxa bilər.
"Kayrat" Çempionlar Liqasının liqa mərhələsinin iştirakçısıdır. Sözügedən qarşılaşmanın keçiriləcəyi tarix və saat açıqlanmayıb.