RU

Sosial mediada hörmətsizlik edənlərlə bağlı QƏRAR

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər qadağan edilir. Bu, əxlaqsız ifadələrin səsləndirilməsi, belə məzmunlu jestlərin edilməsi və ya bədənin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ilə bağlı məlumatların yayılmasını əhatə edir.

Layihədə qeyd olunur ki, son dövrlərdə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik və mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar geniş yayılıb. Bu, xüsusilə yeniyetmə və gənclərin davranış modellərinə mənfi təsir göstərir və milli-mənəvi dəyərlərin deqradasiyasını sürətləndirir.

Qanun layihəsinin məqsədi mövcud tənzimləməni təkmilləşdirmək, mənəvi dəyərləri qorumaq, yeniyetmə və gəncləri zərərli informasiyadan müdafiə etmək və internetdə məsuliyyət mexanizmlərini dəqiqləşdirməkdir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
bakivaxti.az

1Источники