RU

Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub

Həcc ziyarətinə sənəd qəbulunun bitmə tarixi məlum olub...

Bu barədə Poliqon-a QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri paylaşım edib.

O bildirib ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib.

"Səudi Ərəbistanı Həcc və Ümrə Nazirliyi bu il bütün həcc proseslərin erkən bitməsini tələb edir. Buna görə də qeydiyyat tez bitəcək. Bu, təkcə Azərbaycana yox, bütün dünyaya şamil olunur. Kvotanın dolub-dolmamasından asılı olmayaraq göstərilən tarixdə ziyarət üçün sənəd qəbulu başa çatacaq", - Vüsal Cahangiri deyib.

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dollardır.

Poliqon.info

Избранный
78
2
poliqon.info

10Источники