RU

Milli Məclis minatəmizləmə qaydalarına dəyişikliklər etdi

Milli Məclis Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydalarına dəyişikliyi qəbul edib.Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Sənədə əsasən, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.Layihədə qeyd edilib ki, bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.Sənəddə, həmçinin qeyd edilib ki, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.Qanun layihəsi Azərbaycanda minatəmizləmə fəaliyyətinin istiqamətləri, hüquqi və təşkilati əsasları, minatəmizləmə işlərini həyata keçirən şəxslərin hüquqi və sosial müdafiəsi, minalardan zərərçəkmiş şəxslərə yardımın göstərilməsi üzrə münasibətləri tənzimləmək üçün hazırlanıb.Dəyişikliklər "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli Qanununa uyğunlaşdırma xarakterlidir.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

Избранный
19
2
metbuat.az

10Источники