Rəqsanə İsmayılovanın "Yana" ləqəbi ilə tanınan müğənni qızı Yağmur sosial şəbəkədə izləyicilərinə sərt reaksiya verib.
Ölkə.az Milli.Az-a istinadla xəbər verir ki, sənətçi canlı yayım zamanı şəxsi həyatı ilə bağlı ünvanlanan suallardan narahat olduğunu bildirib. Yağmur qeyd edib ki, bioloji ata anlayışı hər zaman əsas meyar olmamalıdır:
"Ata odur ki, səni böyüdür, tərbiyə verir, əziyyətini çəkir. Əsl ata olmaq da budur".
O, atasının kimliyi ilə bağlı sualların davamlı verilməsinə etiraz edərək bu mövzuda danışmaq istəmədiyini vurğulayıb:
"Niyə atamın kimliyini dəfələrlə soruşursunuz? Bəlkə mən bu suala cavab vermək istəmirəm? Niyə şəxsi həyatım barədə hər kəsə hesabat verməliyəm?"
Yağmur həmçinin bəzi izləyicilərin münasibətinə ironiya ilə yanaşaraq əlavə edib:
"Əgər sizin üçün önəmsiz biriyəmsə, alim və ya professor deyiləmsə, niyə açdığım canlı yayıma girib məni izləyir, suallar verirsiniz?"
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.