RU

Sadettin Saran istefa verir?

"Fənərbaxça" prezidenti Sadettin Saran həftəsonu ailəsi ilə birlikdə fövqəladə konqres məsələsini müzakirə edib.

"Yeni Sabah" xəbər verir ki, klub tərəfdarları, texniki heyət və futbolçular Saranın vəzifəsini davam etdirməli olduğunu düşünür. Prezidentin isə hələ yekun qərar vermədiyi bildirilir.

Son günlər Sadettin Saranın etimad yeniləmək üçün konqres çağıracağı ilə bağlı iddialar səslənsə də, bu məsələnin ailə daxilində dəyərləndirildiyi qeyd olunur.

Polis nəzarəti şərti ilə azadlığa buraxılan Sadettin Saranın hansı yolu seçəcəyi maraqla gözlənilir. Tərəfdarların böyük əksəriyyəti onun postunda qalmasını istəyir. İstanbul təmsilçisində yaradılan birlik və müsbət mühitin, konqres keçirilıməsi haqqında qərarla zədələnə biləcəyindən narahatlıq var.


Telegram kanalımız
Избранный
78
yenisabah.az

1Источники