Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir.Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Somali və Uqanda arasındakı diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin ratifikasiyası, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciəti daxil olmaqla ümumilikdə 15 məsələ daxil edilib. İclas parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.