RU

Tramp Azərbaycan və Ermənistan barədə olmayan iddia ilə çıxış edib

ABŞ prezidenti: Azərbaycan və Ermənistan böyük rüsumlarla təhdiddən sonra münaqişəni nizamlamağa razılaşdı...

ABŞ prezidenti iddia edib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişəni bir günə həll edib.

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı növbəti iddialı və reallıqdan uzaq açıqlama verib. Trampın sözlərinə görə, o, tərəfləri böyük ticarət rüsumları ilə hədələdikdən sonra Bakı və İrəvan münaqişənin nizamlanmasına razılaşıb.

ABŞ prezidenti bildirib ki, münaqişə təxminən 35 il davam edib və Rusiya prezidenti Vladimir Putin ona bu məsələni uzun illər ərzində həll etməyə çalışdığını deyib. Trampın iddiasına görə, Putin onun münaqişəni bu qədər qısa müddətdə nizamlaya bilməsinə təəccüblənib. Tramp isə müharibəni faktiki olaraq bir gün ərzində dayandırdığını vurğulayıb.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycana açıq şəkildə bildirib ki, əgər razılıq əldə olunmasa, ABŞ bu ölkələrlə ticarəti dayandıracaq. Tramp qeyd edib ki, bundan sonra 200 faiz həcmində rüsumlar tətbiq edib və nəticədə artıq növbəti gün tərəflər Vaşinqtonla əlaqə saxlayaraq razılaşdıqlarını bildiriblər.

Donald Tramp bu açıqlaması ilə bir daha Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasında həlledici rol oynadığını iddia edib və iqtisadi təzyiq alətlərinin sürətli nəticə verdiyini önə çəkib.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın ABŞ ilə ticarət əlaqələri demək olar ki, yox səviyyəsindədir. Bir qayda olaraq ABŞ Azərbaycan və Ermənistanda daha çox iPhone ilə təmsil olunur ki, bu telefonlar da hər iki ölkəyə daha çox üçüncü ölkələrdən gəlir.

Poliqon.info

Избранный
38
50
poliqon.info

10Источники